Sumqayıt bulvarında yolu süpürən 39 yaşlı qadını maşın vuraraq öldürüb YENİLƏNİB | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıtda səhər saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.
APA xəbər verir ki, ölən şəxs bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Zeynalova Səriyyə Tofiq qızı olub.
*** 08.33 Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.
Yolu keçmək istəyən orta yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu