Sumqayıt Bulvarının yaxınlığındakı binada yanğın

30.05.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az məlumat verir ki, hadisə şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb.

Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью