“Sumqayıt“ bunu bacaran 12 ci komanda oldu

20.10.2025

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb.

Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi buna 223-cü matçında nail olub.

Bu, Misli Premyer Liqasının VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında "Karvan-Yevlax"ı üstələyib – 4:1.

İlk ev qələbəsi 2011/12 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью