Sumqayıt çempionu gözləyir! görün nə qədər bilet satılıb...

20.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

12-ci turun ilk oyun günündə “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Şəhərdə çempionla oyuna inanılmaz dərəcədə böyük maraq var.

Bəs indiyə qədər neçə bilet satılıb? Həqiqətən stadionda ajiotaj ola bilər?
Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev sualımızı cavabladı:

“Hazırda 4500 bilet satılıb. 3, 5 və 10 manatlıq biletlər satılıb. Qapıarxası – daha çox azarkeşlərin olduğu 2 manatlıq biletlər isə qalıb. Sabah, yəni oyun günü bütün biletlərin satılacağını düşünürük”.

Xatırladaq ki, Mehdi Hüseynzadə adına stadion 9502 yerlikdi.
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью