Sumqayıt da 1/4 finalda

04.12.2024

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 1/8 finalda üz-üzə gələn "Sumqayıt" və MOİK kollektivlərinin görüşündə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.

"Gənclik şəhəri" təmsilçisinin qollarını Sertan Taşkın (30), Sənan Muradlı (98) və Rəhim Sadıxov (118) vurub. "Hərbiçilər"in heyətində isə İbrahim Əliyev (64) fərqlənib.

Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" növbəti mərhələdə "Sabah"la qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью