“Sumqayıt” da başladı

06.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sumqayıt” bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.

Futbolpress.az xəbər verir ki, iyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komanda ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Komanda iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью