sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni mövsümə hazırlaşan "Sumqayıt" transfer çalışmalarını da davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" heyətinə yeni legioner cəlb edib.
"Gənclik şəhər"inin təmsilçisi braziliyalı Lukas Blakla ortaq məxrəcə gəlib. 26 yaşlı futbolçunun keçidi yaxın saatlarda ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, yarımmüdafiəçi mövqeyində çıxış edən oyunçu karyerası ərzində ancaq Braziliyada top qovub. Onun son klubu D seriyasında mübarizə aparan "Ferroviario" olub.