Sumqayıt dan ayrıldı, Meksika klubuna keçdi

04.03.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Fevral ayında "Sumqayıt"dan ayrılan Cordan Rezabalanın yeni klubunun adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Dorados de Sinaloa”ya  (Meksika) keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sözügedən komanda Meksikanın 2-ci liqasında mübarizə aparır.

Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin əvvəlindən "Sumqayıt"ın formasını geyinirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью