Sumqayıt doğma meydanda Şəkiə uduzdu

22.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, sonuncu matçda "Sumqayıt" doğma meydanda "Şəki"ni qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 89:66.
B qrupunda xallarının sayını 14-ə çatdıran "Şəki" lider "Gəncə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi 10 xalla sonuncu-altıncı sıradadır.
Günün ilk görüşündə "Ordu" "Gəncə"ni məğlub edib - 79:77.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni (81:68), "Sərhədçi" "Naxçıvan"ı (86:65), "Sabah" "Abşeron"u (94:71), "Quba" isə "Lənkəran"ı (89:60) məğlub edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью