Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq. Sumqayıt Dövlət Universiteti daha bir tenderi yekunlaşdırıb.
28.10.2024-cü il tarixdə bu təhsil müəssisəsi "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə Sumqayıt Dövlət Universiteti Tədris Binasının əsaslı təmiri qarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 83.271 manat ödəməli olacaq.
Xatrıladaq ki, Sumqayıt Dövlət Universiteti Tədris Binasının əsaslı təmiri ilə bağlı idiyədək də dəfələrlə tender keçirib.
Hətta, bu ilin aprel ayında belə tenderlərdən biri ləğv edilib.
İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti tenderin ləğvi ilə bağlı bu təhsil müəssisəsinə məktub göndərib.
Səbəb isə tenderdə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması göstərilib...
Sumqayıt Dövlət Universitetindəki oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə eyini lot üzrə - Tədris binalarının əsaslı təmiri üçün – müxtəlif zamanlarda tenderlərin elan edilməsi birmənalı qarşılanmamalıdır.
Bu həm də, satınalan tərəf üçün yeni imkanlar deməkdir...Zaman əldə etmək və bu zamandan maksimum “faydalanmaq".