“Sumqayıt” fasiləyə “6lıq”da yollandı, “Kəpəz” üçün “zirzəmi” təhlükəsi

21.12.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. Açılış oyununda “Kəpəz” “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb.

Tovuz şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin sürətli hücumları ilə başladı. Birinci hissədə “Sumqayıt”ın oyunçularının fərdi səhvləri hesabına yaxşı imkanlar tapan “sarı-göylər” son zərbələrdə dəqiq ola bilmədi. “Kimyaçılar” ara-sıra təhlükə yaratmağa çalışsa da, müvəffəq ola bilmədi.

İkinci hissədə isə daha çox üstün olan tərəf qonaqlar idi. “Sumqayıt” ilk hissənin gərginliyini atmış, ancaq irəli oynamağı düşünməyə başlamışdı. Bir neçə real qol imkanı yaradan “Sumqayıt”lılar da rəqibləri kimi son zərbələrdə uğursuzluq yaşadı. Oyunun sonlarında da təhlükəli gələn “kimyaçılar” qələbə qolunu vura bilmədi.

İlin son oyununda heç-heçə qeydı alındı və bu, daha çox “Sumqayıt”a sərf edən nəticədir. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 20 xalla 6-cı sıradadır və ən yaxın izləyicisi “Neftçi” bu turda qələbə qazansa belə, onlara çata bilməyəcək. “Kimyaçılar”ın qış fasiləsinə 6-cı sırada girməsi dəqqiləşib.

“Kəpəz” isə 11 xalla 9-cu pillədədir. “Səbail” bu gün “Zirə”yə qalib gəlsə, gəncəlilər fasiləyə autsayder kimi yollanacaq.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Yaşar Vahabzadə: “Transferlər olunsa, növbəti yarıda fərqli “Kəpəz” görə

20 Dekabr 2024, 21:59

Əsas xəbərlər, Ölkə futbolu Azər Bağırov: “Qol hissiyatı güclü olan futbolçular axtarırıq”

20 Dekabr 2024, 18:42

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda qolsuz “sülh”

20 Dekabr 2024, 17:52

Əsas xəbərlər, Premyer liqa Tovuzda heyətlər məlum oldu

20 Dekabr 2024, 15:11

Əsas xəbərlər, Ölkə futbolu Paçu kollektiv məşqlərə başladı

18 Dekabr 2024, 22:38

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Bədəlov: “Başqa yolumuz yoxdur və ancaq qələbə qazanmalıyıq”

18 Dekabr 2024, 14:00

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью