Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sumqayıt” FK 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
İdman.Biz bildirir ki, komanda müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt” FK-nın heyətində “33” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.