“Sumqayıt” FK nın Yay Futbol Düşərgəsinə start verilib

27.08.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt” Futbol Klubunun ənənəvi Yay Futbol Düşərgəsinə start verilib.

İdman.Biz xəbər verir ki, klubun təşkil etdiyi layihə “Paşa Həyat Sığorta” ASC, “SOCAR Polymer” MMC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, “Azərikimya” İB, “CineMastercard” MMC və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.

Avqustun 27-də başlayan düşərgə 9 gün davam edəcək və 3 qrup üzrə təşkil olunacaq. Layihədə Sumqayıt şəhərində yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.

Qeyd edək ki, “Yay Futbol Düşərgəsi” layihəsi 2014-cü ildən “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu və “Azərikimya” İB-nin dəstəyi ilə keçirilir. Bu müddət ərzində 1200-dən çox məktəbli layihənin iştirakçısı olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью