“Sumqayıt” Gürcüstandan amerikalı gətirib İdman və Biz | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. "Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, klub 25 yaşlı amerikalı oyun qurucusu Zayon Yanqı heyətinə qatıb.
Karyerasına 2018/19 mövsümündə yerli "Vestern İllinoys"da başlayan basketbolçu daha sonra "Oklend Qolden Qrizzlis" və "Sautern Yuta Tanderbörds"də çıxış edib.
Zayon son olaraq Gürcüstanın "Raşi Tbilisi" klubunda oynayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu