Sumqayıt heyətini amerikalı basketbolçu ilə gücləndirib

23.11.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda 25 yaşlı amerikalı oyun qurucusu Zayon Yanqı heyətinə qatıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Karyerasına 2018/2019-cu illər mövsümündə "Vestern İllinoys" klubunda başlayan basketbolçu daha sonra "Oklend Qolden Qrizzlis" və "Sautern Yuta Tanderbörds" kollektivlərində çıxış edib. Zayon son olaraq Gürcüstanın "Raşi Tbilisi" komandasında oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью