Sumqayıt heyətini amerikalı basketbolçu ilə gücləndirib

23.11.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

"Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda 25 yaşlı amerikalı oyun qurucusu Zayon Yanqı heyətinə qatıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Karyerasına 2018/2019-cu illər mövsümündə "Vestern İllinoys" klubunda başlayan basketbolçu daha sonra "Oklend Qolden Qrizzlis" və "Sautern Yuta Tanderbörds" kollektivlərində çıxış edib. Zayon son olaraq Gürcüstanın "Raşi Tbilisi" komandasında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью