“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib

31.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 31 iyul, AZƏRTAC

"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik müqavilə imzalayıb. 20 yaşlı futbolçu yeni komandasında "25" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər heyətini Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью