Sumqayıt ilk sınaq matçına Sumqayıtda çıxacaq: Rəqib özü istədi

15.07.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 6-dan yeni mövsümün hazırlıqlarına başlayan "Sumqayıt" ilk yoxlama oyununu öncədən açıqlanmayan tarixdə keçirəcək. 

Klubun sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, "kimyaçılar" iyulun 19-da Sumqayıtda "Qəbələ" ilə üz-üzə gələcək:

"Əslində, "Qəbələ" ilə Sumqayıtda oynamaq variantı sonradan yarandı. Rəqib özü istədi. Bu ayın 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komandamız ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini orada davam etdirəcək. Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Komandamız iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq".

Xatırladaq ki, geridə qalan mövsümün sonunda serbiyalı mütəxəssis Saşa İliçlə vidalaşan rəhbərlik komandanı portuqaliyalı mütəxəssis Filipe Kandiduya tapşırıb.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью