Sumqayıt İmişli matçında əlbəyaxa dava ƏTRAFLI

09.12.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasında 14-ü tur başa çatıb.

Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Günün son matçında "Sumqayıt" "İmişli"ni sınağa çəkib. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matç gərginliyi ilə diqqət çəkib.

90+12-ci dəqiqədə "İmişli"nin futbolçusu Ronaldo de Souza topu yan xəttdən meydana daxil etmək istəyərkən "Sumqayıt"ın texiniki zonası ilə gərginlik yaşayıb.

Böyüyən hadisə əlbəyaxa davaya çevrilib. Əliyar Ağayev meydan sahiblərindən Xəyal Fərzullayevi, qonaqlardan isə Ronaldo de Souza və Luis Silvestrı sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, qonaqlar matçın 90+8-ci dəqiqəsində penalti qazansalar da, topa yaxınlaşan İbrahim Əliyev hədəfdən yayınıb.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью