Sumqayıt ın 2 futbolçusu 4 oyunluq cəzalandırıldı

14.05.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İntizam Komitəsi qərarı ilə "Sumqayıt"ın futbolçular Rəçad Əzizli və Vüqar Mustafayev cəzalandırılıb.

QOL.az xəbər verir ki, futbolçuların Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"lə oyundakı davranışlarına görə bu qərarlar verilib.

Matçın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün R.Əzizli 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sumqayıt” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Oyunun 89-cu dəqiqəsində Vüqar Mustafayev də eyni qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O da 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. "Sumqayıt" daha 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью