Sumqayıt ın 2 futbolçusu Neftçi də?

08.06.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mövsümlərarası fasilədə heyətdə ciddi dəyişiklər edən "Neftçi" daha iki futbolçu ilə ortaq məxrəcə gəlib. 

Sport24.az xəbər verir ki, bu dəfə 2 yerli oyunçu anlaşıb.

Ötən mövsüm "Sumqayıt"ın formasını geyinən Elvin Bədəlov və Murad Xaçayev 2025/26 "futbol ili"ndə paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Hər iki futbolçu ilə şifahi razılıq əldə olunub. Millinin Macarıstanla matçından sonra "ağ-qaralar" onlarla münasibəti rəsmiləşdirəcək.

Qeyd edək ki, Bədəlov başa çatan mövsümdə "kimyaçıların" heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Xaçayev isə 39 matçda 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью