Sumqayıt ın 3 futbolçusu düşərgəni tərk edəcək

29.08.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Sumqayıt"ın 3 futbolçusu milli komandalardan dəvət alıb. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın kapitanı Səbuhi Abdullazadə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna ilə matçlar üçün millimizin düşərgəsinə qoşulacaq.   Ondan başqa Ronaldo Vaskez Dominikan Respublikası, Abdul Raşid Mumini isə Benin millilərinə dəvət alıb.   Qeyd edək ki, Dominikan Respublikası yoldaşlıq görüşündə İordaniya ilə, Benin isə Dünya Çempionatının seçmə mərhələsində Zimbabve və Lesoto ilə qarşılaşacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью