Sumqayıt ın aparıcı futbolçusu Qarabağ la oyunu buraxacaq

22.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna yarımmüdafiəçinin "Neftçi"yə uduzduqları (0:1) Misli Premyer Liqasının XXIV tur oyununda sarı vərəqə alması səbəb olub.
O, cari mövsüm dördüncü dəfə bu halla üzləşib.
Abdullazadə XXV turda "Qarabağ"a qarşı keçirəcəkləri görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, martın 3-də təşkil olunacaq "Sumqayıt" - "Qarabağ" görüşü saat 19:30-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью