Sumqayıt ın Araz Naxçıvan sınağı

07.04.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 29-cu turuna Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edir.

Aktivində 48 xal olan meydan sahibləri turnir cədvəlinin 3-cü, qonaqlar isə 29 xalla 7-ci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi qalib gələcəyi halda dünən "Qarabağ"a məğlub olan və ikinci yerdə olan "Zirə" ilə xal fərqini 4 xala endirə bilər. 

Komandaların əvvəlki dövrələrdəki iki oyununda "Araz-Naxçıvan" qalib gəlibsə, bir oyunda isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, matçın start fiti saat 18:00-da səslənəcək.

Misli Premyer liqası

IV dövrə, XIX tur

18:00. "Araz-Naxçıvan" - "Sumqayıt"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Mərdəkan. "Liv Bona Dea Arena".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью