Sumqayıt ın baş məşqçisi: Nəticə oyuna görə olmadı

06.09.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Nəticə oyuna görə olmadı. Biz bu oyunda xal və yaxud xallar qazana bilərdik. Nəticədən narazı qalsam da, komandamın oyunundan razıyam. İlk gəldiyim vaxtda oynadığımız oyunla müqayisədə oyundan-oyuna inkişaf edirik. Qarşıdakı matçlarda daha yaxşı olacağıq. Çox yaxşı qol epizodlarımız oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Komandamda əsas çatışmayan cəhət budur. "Turan Tovuz" kimi çox yaxşı komandalara qarşı oynayırsansa, epizdoları vurmaq lazımdır. Bunu edə bilməyəndə, nəticə də belə olur".

Sportal.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 4-cü turunun "Turan Tovuz"la (2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Buraxdığınız ikinci qoldan sonra köməkçi məşqçilərinizlə hakimlər arasında aqressivlik yaşandı. Orada nə baş vermişdi?

Karyeram ərzində heç vaxt hakimlər haqda danışmamışam. Qərarları qəbul edənlər hakimlərdir. Bəzən biz də bunu qəbul edirik. Bəzən isə qəbul etməsək belə, hörmətlə yanaşırıq. Mən komandam haqda düşünürəm ki, necə daha yaxşı oynaya bilərik. Həmin epizodda isə sadə gərginlik olmuşdu.

- İlk üç turda çempionluğa namizəd komandalarla oynadınız. Bunun nəticələrə təsiri oldu?

Əvvəlcədən bilirdik ki, ilk oyunlarımız çətin olacaq. Şadam ki, oyundan-oyuna inkişaf etdik, yaxşı oyun göstərdik. Növbəti oyunumuz da vacibdir. "Şamaxı" da zəif rəqib deyil, hətta güclü rəqibdir. Ötən mövsüm bizimlə aşağı-yuxarı eyni mövqedə qərarlaşıblar. Bundan sonrakı bütün rəqiblərə qarşı daha yaxşı oynamağa çalışacağıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью