Icma.az bildirir, Fanat portalına istinadən.
Misli Premyer Liqasının 6-cı turunda "Kəpəz"in qonağı olacaq "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadə, Ceyms Almeyda və Roi Kehartın durumu məlumdur. Höccət Haqverdi də zədələndiyi üçün qarşıdakı matçda meydana çıxmayacaq. Cəzalı oyunçu isə yoxdur".
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" qarşılaşması sentyabrın 20-də keçiriləcək. Gəncə şəhər stadionu baş tutacaq matçın start fiti 19:00-da səsləndiriləcək. Hazırda 6 xalı olan "Kəpəz" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıbsa, 1 xala malik "kimyaçılar" sonuncu - 12-ci yerdədir.
Nihat