Sumqayıt ın futbolçuları üçün seminar

18.11.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sumqayıt” FK Akademiyasının U-15, U-16 U-17 və U-19 komandaları üçün Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən antidopinq maarifləndirmə seminarı təşkil edilib.

Apasport.az xəbər verir ki, tədbirdə AMADA nın əməkdaşı Qüdrət Səfərov, Akademiyanın müvafiq yaş qrupları üzrə məşqçiləri və klub rəsmiləri iştirak ediblər. Seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.

Nümunələrin toplanmasından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin idmançılara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib.

Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.

"Sumqayıt" rəsmisi Tbilisi "Dinamo"sunun düşərgəsində “Araz-Naxçıvan”da sevindirici xəbər - MƏŞQLƏRƏ QAYITDI Avropa çempionatı: Yığmamız seçmə mərhələdə ilk xalını qazanıb II Liqa: XI tura yekun vurulub “Neftçi”də yeni hakim qaydaları ilə bağlı seminar keçirilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью