Sumqayıt ın futbolçusu 100 ə çatdı

16.12.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Sumqayıt"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi XV tura təsadüf edib.

25 yaşlı futbolçu "Neftçi" ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb. O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, "Zirə"də 80 (6 qol), "Sumqayıt"da 14 (4 qol), "Qarabağ"da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью