Sumqayıt ın futbolçusu: Psixoloji cəhətdən daha asan olacaq

22.04.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qəbələ" ilə görüşdə vacib qələbə qazandıq. Çünki uzun müddətdir qalib gələ bilmirdik. Hər oyun çətin keçir, ona görə də məğlubiyyət seriyasını qırdığımıza şadıq.Yaxşı ki, qalib gəldik".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Rüstəm Əhmədzadə deyib.

"Kimyaçılar"ın vingeri Misli Premyer Liqasında 28-ci turun “Qəbələ”(1:0) ilə görüşdəki qalibiyyəti şərh edib:

"Düşünürəm ki, psixoloji cəhətdən daha asan olacaq. Avrokuboklara vəsiqə qazanmaq şansımızı itirmişik. Həmçinin turnir cədvəlində aşağı düşməyəcəyimizə də əminik. Qalan tək şey isə sakit oynamaq, azarkeşlər və yaxşı futbol naminə mövsümü başa vurmaqdır. Bundan sonra işlər daha asan və daha yaxşı olacaq".

Əhmədzadə qarşıdakı turda “İmişli”yə qarşı keçirəcəkləri matçdan gözləntilərini də açıqlayıb: "Bizdə motivasiya var. Ən azından mövsümün sonunda sadəcə bəxtsiz olduğumuzu və əslində yaxşı komandamız olduğunu sübut etmək istəyirik. Qalib gəlmək və xal qazanmaq istəyirik".

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью