Sumqayıt ın futbolçusu: Son nöqtəni qoymaqda çətinlik çəkirik | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sumqayıt"ın futbolçusu Ayxan Süleymanlının Sport24.az-a müsahibə verib. - "Araz-Naxçıvan"la görüşdə bir xal qazana bildiniz.
Oyun barədə fikirlərin necədir? - Qolsuz olsa da, maraqlı oyun alındı. İki fərqli hissənin şahidi olduq.
İlk yarıda daha çox hücum edən tərəf biz idik. İkinci hissədə isə yorğunluq özünü göstərdi.
Mübarizəli, gərgin oyun keçdi - İlk hissəni hücumda keçirdiniz. Qalibiyyət qolunu vurmaq üçün nə çatmadı?
- Bəli, birinci hissədə çoxsaylı hücumlarımız oldu. Amma son nöqtəni qoymaqda çətinlik çəkirik.
Ən çox da qapıya zərbələrdə dəqiqləyimiz çatmır. Bu, ən böyük problemimizdir. Üzərində işləyəcəyik.
- Son 5 oyundur həm qalib gələ, həm də qol vura bilmirsiz. Səbəbi nədir? - Son zərbələrdə problemimiz var. Futbolda belə hallar olur.
Tam oxu
Xəbəri oxu