Sumqayıt ın futbolçusundan Zirə yə mesaj: İki oyunda da qələbə istəyirik

02.02.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ağır meydanda çətin oyun oldu". Bu sözləri Sport24.az-a "Sumqayıt"ın futbolçusu Rayan Senhadji deyib.
Müdafiəçi "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XVIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Düşünürəm ki, ikinci hissədə bütün qol imkanlarından yararlana bilsəydik, hesab daha böyük ola bilərdi".
Oyunçu Azərbaycan Kubokunun 1/4 finalında və XIX turda "Zirə" ilə üz-üzə gələcəklərini xatırladıb:
"Bu rəqiblə ardıcıl iki dəfə qarşılaşacağıq. Bu da bir az qeyri-adi vəziyyətdir. Amma hər iki görüşə çox ciddi yanaşacağıq və iki qalibiyyət əldə etmək üçün əlimizdən gələni edəcəyik. Onların yaxşı komanda olduğunu da bilirik".
Senhadji cari mövsümdəki hədəflərindən də söz açıb:
"Sadəcə yaxşı nəticələr qazanmağa diqqət yetiririk. Çempionat uzun marafondur. Oyundan-oyuna fikirləşməliyik. Mövsümün sonunda nələrin baş verəcəyini görəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью