Sumqayıt ın ilk oyununun biletləri satışda

12.08.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 1-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Kəpəz" matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyundan bir gün öncə və oyun günü səhər saatlarından etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

Qeyd edək ki, qarşılaşma 17 avqust tarixindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq və saat  20:30-da start götürəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью