Sumqayıt ın legioneri Azərbaycandakı çıxışından danışdı

13.11.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ölkəyə və kluba getdikcə daha çox uyğunlaşıram. Bu, gündəlik işimi asanlaşdırır və oyunlar ərzində inkişafımda həlledici rol oynayır". Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Keffel Resende deyib.
27 yaşlı müdafiəçi Azərbaycandakı çıxışından danışıb:
"Hazırkı formamdan, xüsusilə də matçlar zamanı komandama kömək edə bildiyim üçün məmnunam.
Braziliyalı oyunçu "kimyaçılar"ın hədəflərindən də söz açıb:
"Komandamız hər matçla daha da inkişaf edir. Şükürlər olsun ki, ardıcıl iki qələbə qazanmışdıq. Son iki görüşdə heç-heçə etmişik. Məqsədimiz növbəti turlarda bu uğurlu tempi davam etdirməkdir. Bunun üçün çox çalışırıq".
Qeyd edək ki, "Sumqayıt" hazırda 11 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda daha bir oyunu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью