Sumqayıt ın legioneri: Sabah a qalib gəlmək şansımız var

27.02.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əminəm ki, bu matçda qalib gəlmək şansımız var". Bu sözləri Sport24.az-a "Sumqayıt"ın futbolçusu Momo Yansane deyib.
27 yaşlı hücumçu "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Məncə, ilk görüşdə bərabər səviyyəli oyun oldu. Bunun nəticəsində görüşdə heç-heçə qeydə alındı. Növbəti mərhələyə yüksələrək hədəfimizə çatmaq istəyirik. Texniki heyəti, baş məşqçimizi, tribunada bizi hər zaman dəstəkləyən azarkeşlərimizi məmnun etmək niyyətindəyir. Bunun üçün meydanda hər şeyi edəcəyik".
Qeyd edək ki, bu gün baş tutacaq "Sumqayıt" - "Sabah" matçı saat 19:30-da start götürəcək. İlk oyunda hesab açılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью