Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sumqayıt"ın yarımmüdafiəçisi Emil Mustafayev Sportal.az saytına açıqlamasında Misli Premyer Liqasının 17-ci turunda “Turan-Tovuz”a (1:2) məğlubiyyətini şərh edib.
"Kimyaçılar”ın yeni transferinin dediyinə görə, o, komandaya daha öncədən qoşulmalı idi:
"Debüt etdiyim üçün məmnunam. "Sumqayıt"a daha əvvəl qoşulmalı idim. Amma nədənsə alınmamışdı. Uzun müddətdir ki, bu klubu izləyirəm. Komandanı bəyənirəm, avrokuboklar uğrunda mübarizə aparmaq potensialı var. “Turan Tovuz”la görüşdə məğlub olmağımız məyusedicidir. Düşünürəm ki, heç olmasa uduzmamalı idik. Rəqibimizin bu görüşdə bəxti daha çox gətirdi. Komanda yaxşı görünürdü, amma biz şanslardan istifadə etməli idik. Xüsusilə ikinci hissədə bəzi şanslarımız oldu və onları reallaşdıra bilərdik".
saytlarin hazirlanmasi