Sumqayıt ın yeni legioneri: Heç kim nəticədən razı deyil | Icma.az
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Heç kim bu nəticədən razı deyil".
Bu sözləri Sport24.az-a "Sumqayıt"ın futbolçusu Momo Yansane deyib.
27 yaşlı hücumçu Misli Premyer Liqasının XXII turunda səfərdə "Şamaxı"ya uduzduqları (0:1) oyunla bağlı fikirlərini bölüşüb: "Baş məşqçimiz oyundan sonra bu barədə ətraflı danışıb.
Matça yaxşı başlamışdıq. Qol epizodlarımız da oldu. Amma bəxt bizim tərəfimizdə deyildi.
Növbəti görüşdə istəyimizə çatmaq üçün çox çalışırıq".Qeyd edək ki, "Sumqayıt" XXIII turda "Zirə"ni qəbul edəcək.
Fevralın 15-də təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu