Sumqayıt israilli futbolçusu ilə müqavilə müddətini UZATDI

15.04.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt” 2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarına start verib.

"Unikal" xəbər verir ki, "kimyaçılar" yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.

Qeyd edək ki, 2023/2024-cü illər mövsümündən komandada çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli futbolçu bu matçlarda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью