“Sumqayıt” itirməkdə, “Turan Tovuz” qazanmaqda davam edir

05.10.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sumqayıt”ın qələbəsiz oyunlar seriyası davam edir. Saşa İliçin rəhbərlik etdiyi kollektiv VII turda azarkeşləri önündə “Turan Tovuz”a uduzub – 0:3.

Ardıcıl ikinci ev oyununu xalsız başa vuran “kimyaçılar” mövsümə yaxşı başlamasına baxmayaraq, ardıcıl xal itkiləri ilə artıq 5-ci pilləyə geriləyib.

“Turan Tovuz”la matçda epizod yaratmaqda da çətinlik çəkən “kimyaçılar” ələ düşən azsaylı şansları da boşa verdi. Hesab 0:2 olanda penaltidən yararlana bilməyən Aleksandr Ramalinqom komandanın ümidlərini də bitirdi. Əvəzində “Turan Tovuz” oyunun sonlarında əks-hücumdan yekun nöqtəni qoydu – 3:0.

“Sumqayıt” xallar itirir, “Turan tovuz” isə qələbələrini sıralayır. Turnir cədvəlində 15 xalla birinci olan tovuzlular bu turu da lider başa vurdu.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью