Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk ixracını həyata keçirib

02.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC ilk dəfə olaraq məhsul ixracına başlayıb.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, birinci mərhələdə şirkət tərəfindən Özbəkistana təqribən 21 ton həcmində tikinti kimyəvilərin ixracı həyata keçirilib.

Qeyd edək ki, cari ilin 30 aprel tarixində dövlət başçısının iştirakı ilə açılışı olan “Kartaş Kimya” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sement əsaslı quru qarışıqların, su izolyasiya sistemlərinin, epoksid və poliuretan/poliurea əsaslı döşəmə materialların, sement üyüdücü əlavələrin, beton qatqılarının və onun əsas xammalının istehsalı ilə məşğul olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью