Sumqayıt klubunun dörd legioneri Zirə ilə görüşdə komandaya kömək edə bilməyəcək

28.11.2024

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XV turunda "Zirə"nin qonağı olacaq "Sumqayıt" oyuna dörd itki ilə çıxacaq.

Sitat.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib.

"Cordan Rezabala sarı vərəqə limiti dolduğuna görə cəzalı duruma düşüb. İsa Sulimanın ən azı aprel ayına qədər yaşıl meydanlardan kənarda qalacağı öncədən bəlli idisə, Fernando Medeyros və Silvanus Nimeli də zədə zəbəbindən "Zirə"yə qarşı oynaya bilməyəcəklər".

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması noyabrın 30-da keçiriləcək. Matçın start fiti saat 17:00-da səsləndiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью