Sumqayıt klubunun prezidenti vəzifəsindən ayrılır? | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni sponsorla müqavilə imzalayan "Sumqayıt" klubunun prezidenti Riyad Rəfiyev vəzifəsindən ayrıla bilər.
Oxu.Az xəbər verir ki, "kimyaçılar" Misli Premyer Liqasında qalmağı bacarsa, 9-10 milyon manatlıq vəsaitə sahib olacaq.
Sumqayıtlıların yeni sponsoru olan "SOCAR Polymer" MMC məhz bu qədər maliyyə ayırmağı nəzərdə tutub.
Mehdi Hüseynzadə adına şəhər stadionuna, klub bazasına adın verilməsi, həmçinin geyimlərə "SOCAR Polymer" loqosunun vurulmasının qarşılığı belə ödəniləcək.
Lakin ola bilər ki, bu büdcəni idarə etmək menecer-prezident Riad Rəfiyevə qismət olmasın.
Yeni sponsorların gəlişi ilə onun postundan azad olunması gündəmdədir.
Himayədarlar iddialı komanda qurmaq istəyir və araşdırdıqları Rəfiyevin idarəçiliyi onları qane etmir.
Tam oxu
Xəbəri oxu