Sumqayıt la yollarını ayıran futbolçu Meksika klubunda

03.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən ay "Sumqayıt"dan ayrılan Cordan Rezabalanın yeni klubu müəyyənləşib.

Oxu.Az xəbər verir ki, ekvarodlu yarımmüdafiəçi karyerasını Meksikada davam etdirəcək. Müqaviləsi başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan 25 yaşlı hücumameyilli oyunçu II Liqa təmsilçisi "Dorados de Sinaloa" klubuna keçib.

Meksika klubu Rezabala ilə müqavilə imzalandığını rəsmi saytı vasitəsilə açıqlayıb. "Dorados de Sinaloa" rəhbərliyi transfer dəyəri təxminən yarım milyon avro olan pleymeykerə böyük ümidlər bəsləyir və onun liderliyi ilə komandanın yüksək liqaya vəsiqə qazanacağına inanır.

Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin əvvəlindən ötən aya qədər "Sumqayıt"ın formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью