Sumqayıt legionerini göndərdi

23.12.2024

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt" bir futbolçusu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Fernando Medeiros arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Klub 28 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, "Sumqayıt" braziliyalı Fernando Medeirosu bu ilin iyulunda transfer etmişdi. Onun müqaviləsi 2026-cı ilin iyununda başa çatacaqdı.
Medeiros "Sumqayıt"ın heyətində bütün turnirlədə cəmi 7 oyunda meydana çıxıb, 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью