Sumqayıt Mehdi Hüseynzadə yə dönür

24.09.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına stadionda yaranan ot örtüyü problemi tam aradan qaldırıllıb.

Fanat.Az-ın məlumatına görə, mövsümün ilk turunda “Neftçi” ilə qarşılaşma ərəfəsində üzə çıxan, “Qarabağ” və "Şamaxı" ilə ev oyunlarının da “SOCAR Polymer Arena”da keçirilməsinə səbəb olan problem yoluna qoyulub.

Yeni salınan örtük tam bərkiyib və oyunların keçirilməsi üçün hazırdır. PFL arenanı yenidən təftiş edib və "Qəbələ" ilə 7-ci turdakı görüşün Mehdi Hüseynzadə adına stadionda keçirilməsinə yaşıl işıq yandırıb.

Beləliklə, "Sumqayıt"ın cari mövsüm ilk ev oyunu oktyabrın 10-da Sumqayıt şəhər stadionunda keçiriləcək.

"Sumqayıt" 6 turdan sonra 2 xalla 11-ci yerdə qərarlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью