Sumqayıt məktəbliləri də 300 bal topladı FOTO | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələrini elan edib.
Redaktor.az xəbər verir ki, imtahan iştirakçıları arasında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onların arasında Sumqayıt şəhər 4 saylı tam orta məktəbin 9b sinif şagirdi Xədicə Tahir qızı Qasımova, Sumqayıt şəhər 21 saylı orta məktəbin 9d sinif şagirdi Fidan Elçin qızı Əlizadə və M.Ələkbərov adına Saray qəsəbə 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Zaur qızı Mənsimli də var.
Turan İSMAYIL Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu