Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sumqayıt şəhərinin 35 nömrəli tam orta məktəbinin məzunu Zamin Ramin oğlu Kərimov qəbul imtahanlarında böyük uğura imza atıb. O, II ixtisas qrupu üzrə keçirilən imtahanlarda ümumilikdə 690 bal toplamaqla ən yüksək nəticələrdən birini göstərib.
XQ Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, gənc məzun yüksək hazırlıq nümayiş etdirərək imtahanın birinci mərhələsində (buraxılış) 297.5 bal, ikinci mərhələsində (blok) isə 392.5 bal toplamağa müvəffəq olub.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş qəbul imtahanlarının nəticələrini rəsmi olaraq elan edib.