Sumqayıt millimizin yarımmüdafiəçisi ilə müqavilə imzaladı

02.07.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Emil Mustafayevin müqaviləsinin müddəti uzadılıb.

Futbolçu ilə Sumqayıt təmsilçisi arasında iki illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Emil Mustafayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edir. Azərbaycan milli komandasının üzvü olan yaşlı hücumameyilli yarımmüdafiəçi "kimyaçılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью