Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.
Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla bir illik müqavilə imzalayıb.
Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb.
O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də çalışıb.