Sumqayıt mövsümün rekorduna imza atdı

15.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

14 və 15 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turdan təxirə salınmış 3 oyun baş tutub.

Sportal.az xəbər verir ki, "Naxçıvan" 102-82 hesabı ilə "Abşeron"a qalib gələrək A qrupunda ilk sıraya yüksəlib.

"Şəki" basketbolçuları "Gəncə" üzərində 72-66 hesablı qələbə qazanaraq, B qrupunda birinci pillənin sahibi olublar. "Sumqayıt" klubu isə "Quba" ilə üz-üzə gəlib və rəqibini 126-90 hesablı ağır məğlubiyyətə uğradıb.

Qeyd edək ki, "Sumqayıt" klubunun bir oyunda topladığı 126 xal hələki mövsümün rekord göstəricisidir

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью