Sumqayıt Neftçi yə qalib gəlir Yenilənir

28.04.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilir. 8-ci yerdəki "Sumqayıt" 7-ci pillədəki "Neftçi"ni qəbul edir. Görüş saat 20:00-da başlayıb.

Bu komandalar arasında əvvəlki 3 dövrənin oyunlarında 1 dəfə "Sumqayıt" qalib gəlib (2:0), 1 dəfə "Neftçi" qələbə qazanıb (1:0), 1 dəfə isə heç-heçə (1:1) qeydə alınıb.

Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasında sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.

28 aprel

20:00. “Sumqayıt” – “Neftçi” - 1:0 (Birinci hissə)

Qol: Bobir Abdixolikov, 20

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

26 aprel

19:00. “Kəpəz” - “Zirə” - 0:1

27 aprel

“Sabah” – “Qarabağ” - 1:1 

“Səbail” – “Araz-Naxçıvan” - 1:1

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью